Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib

AVCİYA-nın yeni layihəyə start verdi “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu”
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiqlənib 

Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, 11 vaqondan ibarət, ümumi çəkisi 1023 ton (netto 770 ton) olan taxıl Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb. Yükün müəyyən olunmuş marşrut üzrə daşınması tranzit qaydalarına uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumilikdə 22 min tondan çox taxıl göndərilib ki, bu da 320 vaqona bərabərdir. Bununla yanaşı, eyni marşrut üzrə 610 ton həcmində gübrə (9 vaqon) daşınması da həyata keçirilib.

AZƏRTAC