Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası tədarük edilib

“Qərbi Azərbaycan həqiqətləri: Yurd həsrəti və tarixi ədalət” mövzusunda tədbir keçirilib
2021-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələsinin tətbiqinə başlanılacaq
Mənzil Məcəlləsinə sosial kirayə evlərlə bağlı dəyişiklik edilir

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük daşınması həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, 5 vaqondan ibarət ümumi çəkisi 349 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində ümumilikdə 23,5 min ton taxıl, 1000 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu çatdırılıb.

AZƏRTAC

Müxbir – Vüqar Qurbanoğlu

Fotoqraf – İlkin Cavanşirov

Operator – Namiq Abdullayev