“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib

Füzuli aeroportunun tikintisinin gələn ilin aprel-may aylarında yekunlaşdırılması planlaşdırılır
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımların dünyaya çatdırılması istiqamətində geniş miqyaslı layihəyə başlanıb
Prezident İlham Əliyev “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edir

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi martın 2-də “Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirib.
APA-nın məlumatına görə, tədbirdə ayrı-ayrı bələdiyyələrin təmsilçiləri, Ədliyyə Nazirliyinin, yerli icra hakimiyyətlərinin, Milli Məclisin nümayəndələri iştirak edib. Bələdiyyə problemləri üzrə ekspert Vüqar Tofiqli “Azərbaycan bələdiyyəsinin real vəziyyəti və iqtisadi inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış edib. Bu il Azərbaycanda bələdiyyələrin 10 yaşının tamam olduğunu bildirən ekspert ötən illər ərzində bələdiyyələrin uğurları ilə yanaşı müəyyən problemlərini də olduğunu vurğulayıb. V. Tofiqli bildirib ki, bəzən dövlət rəsmiləri heç bir əsas olmadan bələdiyyələri tənqid edir: “Sözsüz ki, bəzi bələdiyyələrin işində nöqsanlar olur. Ötən il müddətində 122 qeyri-qanuni sənədin verildiyi aşkar edilib. Bəzi bələdiyyələrin sədrləri öz adına özbaşına torpaq özəlləşdirib. Amma bunları bütün bələdiyyələrə aid etmək doğru deyil”.
V. Tofiqli bildirib ki, hazırda Azərbaycanda 2757 bələdiyyə var və bu say Azərbaycan üçün kifayət qədər çoxdur: “Bələdiyyələrin sayı yerli icra nümayəndəliklərinin sayı olmalıdır”.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova isə bələdiyyələrin səlahiyyətləri, vəzifələri və nailiyyətləri ilə bağlı keçirilən monitorinqin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, keçirilən sorğularda iştirak edənlərin 21 faizi bələdiyyələrin işini pis, 52 faizi isə orta qiymətləndirib. Buna görə də respondentlərin böyük əksəriyyəti – 68 faizi problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarına, 5.2 faizi isə bələdiyyələrə üz tutduqlarını qeyd ediblər. Buna baxmayaraq, sorğu iştirakçılarının 58 faizi problemlərin həlli ilə bağlı bələdiyyələrlə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda bələdiyyələrin işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər paketi hazırlanıb./APA/