Müharibə dövründə fəaliyyəti müsbət və mənfi qiymətləndirilən qurumların siyahısı

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib
8 mindən çox şəhid ailəsi, müharibə əlilləri özünüməşğulluq proqramları ilə əhatə olunub
Cüdoçumuz Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Sosial Tədqiqatlar Mərkəzi (STM) müvafiq şəxs, qurum və təşkilatlara etibarlılıqla bağlı keçirdiyi rəy soruğusunun nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, sorğunun nəticələrini dekabrın 24-də keçirdiyi mətbuat konfransında mərkəzin İdarə Heyətinin sədri, deputat Zahid Oruc təqdim edib.

44 günlük müharibə dövründə fəaliyyəti ən çox bəyənilən 3 qurum Müdafiə Nazirliyi (61,5%), Daxili İşlər Nazirliyi (26,5%) və Xarici İşlər Nazirliyi (24,3%) olub.

Son 6 ayda bəyənilən qurumlar da eynidir. Hər iki dövrdə digər nazirliklərlə müqayisədə Müdafiə Nazirliyinin (37,7%) fəaliyyəti əhali tərəfindən digər Daxili İşlər Nazirliyi (25.8%) və Xarici İşlər Nazirliyinə (14,8%) nisbətdə daha müsbət qiymətləndirilib.

44 günlük müharibə dövründə fəaliyyəti ən çox bəyənilməyən 4 qurum səhiyyə qurumları (45%-i), Təhsil Nazirliyi (34,4%) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 34,2 faiz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (21,4%) olub. Qeyd edək ki, cavablar çoxvariantlı olduğundan faiz həddi 100-dən yuxarı ola bilər.

Lakin son 6 ayda fəaliyyəti bəyənilməyən nazirliklərin sıralaması fərqlidir. Belə ki, Səhiyyə Nazirliyi (39,5%), Təhsil Nazirliyi (25,1%) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (22,3%) son 6 ayda fəaliyyətləri bəyənilməyən qurumlardır.

Müharibə dövründə ümumilikdə səhiyyə qurumlarının fəaliyyətini 17% bəyəndiyi halda, ondan sonra rəyin soruşulunların 45%-i bəyənməyib. Analoji göstərici son 6 ay üçün bəyənənlər 18,3%, bəyənməyənlər 61,7% təşkil edir.

Əhalinin bir sıra şəxs və qurumlara etibarında müxtəlif dərəcələrdə artım və azalmalar müşahidə edilib. Prezident və Birinci vitse-prezident institutlarına etibar müvafiq olaraq 85% və 56,5% respondentdə artıbsa, 13,7% və 37,5% respondentdə əvvəlki qədər yüksək qalmaqda davam edir.

Etibarın azalmasına gəlincə isə, Milli Məclis, məhkəmə və yerli icra hakimiyyətləri demək olar ki, eyni nəticəni göstəriblər. Nazirlər Kabinetinə hər dörd nəfərdən birinin etibarı dəyişməyibsə dəbir o qədər insanın etibarı isə azalıb.

Milli Məclisə etibarının olduğunu bildirənlər 44%az olduğunu bildirənlər 17.2%heç etibarı olmayanlar 22,9təşkil edir. 15,9% respondent isə bununla bağlı fikir bildirməkdə çətinlik çəkib.

Yerli icra hakimiyyətinə etibarının olduğunu bildirənlər 23.6%az olduğunu bildirənlər 23,5%etibarı olmayanlar 37,1% təşkil edir. 15,8% respondent isə bununla bağlı fikir bildirməkdə çətinlik çəkib.

Məhkəmələrə etibarının olduğunu bildirənlər 35,1%az olduğunu bildirənlər 18.2%, etibarı olmayanlar 32,4% təşkil edir. Diqqət çəkən məqam odur ki, respondentlərin 14,3% bununla bağlı fikir bildirməkdə çətinlik çəkib.

İyun ayında aparılan analoji sorğu ilə müqayisə göstərir ki, Prezident və I Vitse-Prezident institutlarına etibar üzrə əsaslı dəyişiklik müşahidə edilməsə də,bəzi digər qurumlar üzrə fərqlər mövcuddur. Cari sorğuda Milli Məclisə etimad iyun ayına nisbətdə müəyyən qədər azalıb.

Etibarlılıq dərəcəsində ən ciddi azalma isə yerli icra hakimiyyəti və məhkəmə sistemi üzrə qeydə alınıb.

Yerli icra hakimiyyətlərinə etibarı olmayanlar Şəki-Zaqatala (48,8%) və Abşeronda (46,2%) üstünlük təşkil edir. Analoji göstərici Dağlıq Şirvanda 32,6%, Lənkəranda 31.7%, Bakıda 25,7%, Yuxarı Qarabağda 23,7%, Quba-Xaçmazda 14,5%, Gəncə Qazaxda 14%, Aranda 12,4% təşkil edir.

Pandemiya dövründə əhalinin böyük əksəriyyəti qida məhsullarına (73,7%) və tibbi-gigiyenik vasitələrə əlçatanlıq (70,3%) baxımından özünü tam təhlükəsizlikdə hiss edib. Ümumilikdə götürsək respondentlərin mütləq əksəriyyəti bu baxımdan özlərini müxtəlif dərəcələrdə təhlükəsizlikdə hiss ediblər.

Pandemiya dövründə respondentlərin müyyən hissəsi sağlamlıq (32,9%) və gəlirlərin itirilməsi (33%) baxımından özlərini müxtəlif dərəcələrdə təhlükədə hiss ediblər.

Müharibə ərzində respondentlərin özlərinə qarşı gözlədikləri iki təhlükə- Ermənistanın terror hücumuna məruz qalma (32.1%) və müharibə cinayətlərinə məruz qalma (35,7%) olmuşdur. Ermənistanın terror hücumuna məruz qalma ən çox Yuxarı Qarabağda (54,2%), Abşeron (47,5%), Aran (45%) üzrədir. Müharibə cinayətlərinə məruz qalma baxımından ən çox təhlükə hiss edənlər Yuxarı Qarabağda (54,2%), Gəncə-Qazaxda (48,2%), Aranda (47%) yaşayanlardır.

Report