Azərbaycan və ABŞ rəqəmsal transformasiya imkanlarını müzakirə edib

E.M.Məmmədyarovun Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Qərbi Azərbaycan Xronikası: “Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır”
Prezidentin bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzaladı

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanlar müzakirə olunub.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

“ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi və Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel ilə görüşdük. Görüşdə nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.

Report