Məhkəmə ekspertizası idarələri dövlət büdcəsindən maliyyələşəcək

Vyanada “İmadəddin Nəsimi və onun dövrü” mövzusunda məruzə axşamı təşkil edilib
AQTA: İdman qidalarının və BAQM-ların qanunsuz onlayn satışı sağlamlıq riski yaradır
Azərbaycan qızıl ixracından gəlirini 51 % artırıb

Azərbaycanda məhkəmə ekspertizası idarələrinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

“Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əks olunub.

Sənəddə qeyd olunub ki, məhkəmə ekspertizasının lazımi səviyyədə aparılmasınının təmin edilməsi, o cümlədən məhkəmə ekspertizası idarələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulur.

Bundan başqa, müvafiq tədbirlərin maliyyələşdirilməsi zamanı ekspertiza fəaliyyətinin özünümaliyyələşdirmə mexanizmlərindən istifadə edilməsi, o cümlədən ekspertiza xidmətləri göstərilməsindən daxil olan vəsaitin bir hissəsinin bu sahənin inkişafına yönəldilməsi imkanları da nəzərdən keçiriləcək.

Konsepsiyanın əsas prioritet istiqamətlərinin həlli üçün dövlət-özəl tərəfdaşlığı nəticəsində formalaşan maliyyə vəsaitindən, yerli və xarici investisiyalardan, beynəlxalq təşkilatların, donorların və fondların vəsaitindən, qanunda nəzərdə tutulan digər mənbələrdən də istifadə edilə bilər.

Report