Azərbaycan və Türkiyə XİN başçıları: Regional eskalasiyanın daha geniş coğrafiyaya yayılması yolverilməzdir

İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
Çin Beynəlxalq İdxal Sərgisində 57,8 milyard dollarlıq razılaşmalar əldə olunub

Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər.

Nazirlər bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasının əhəmiyyətini vurğulayıb, xüsusilə mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər.

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyanı davam etdirəcəyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

AZƏRTAC