İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmənin tətbiqi 2027-ci ilə təxirə salınıb

Ötən həftə 2278 hektar ərazi minalardan təmizlənib
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmənin tətbiqi 2027-ci ilə təxirə salınıb.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiq edib.

Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Report