Azərbaycanda vergiödəyicilərinin sayı 5 faizdən çox artıb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib
Azərbaycan və ABŞ rəqəmsal transformasiya imkanlarını müzakirə edib

Aprelin 1-nə respublika üzrə uçotda olan 1 milyon 696 min 283 vergiödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,9 faiz, hüquqi şəxslərin sayı 6,2 faiz artıb.

Aprelin 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 min 986 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur. Cari ilin mart ayında 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,3 faizi yerli investisiyalı, 8,7 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 86,9 faizi elektron qaydada qeydiyyata alınıb. Yanvar-mart aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,2 faiz təşkil edib.

Aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

AZƏRTAC