Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Media Reyestrində fərdi məlumatlar “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq işləniləcək
Azərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Baş nazir Əli Əsədov Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılması ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il yanvarın 2-si saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti bundan əvvəl 2026-cı il oktyabrın 1-i saat 06:00-dək uzadılmışdı.