Azərbaycanın yerli QHT-ləri prezident seçkisində «exit-poll» keçirəcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikası Milli Məclis seçkilərinin uzunmüddətli müşahidəsinə dair ARALIQ HESABAT
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verdi
AVCİYA vətənpərvərlər şəbəkəsi yaradır

Azərbaycanın yerli QHT-ləri prezident seçkisində «exit-poll» keçirəcək. «Biz bu seçkidə «exit-poll» keçirmək niyyətindəyik və bununla bağlı müəyyən işlər görülür», bunu çərşənbə axşamı Trend News-a Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) sədr əvəzi Rauf Zeyni bildirib.

Azərbaycan parlamenti bu il iyunun 13-də keçirilən iclasında«QHT haqqında» Qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, yerli QHT-lərə seçkilər zamanı «exit-poll» keçirməyə icazə verilib.

Zeyni bildirib ki, MQF-də 479 QHT təmsil olunur. «Bu QHT-lərin kifayət qədər seçki təcrübəsi var və biz «exit-poll» keçirməyi planlaşdırırıq», – deyə o bildirib.

40-dan artıq QHT-ni özündə birləşdirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə Trend News-a bildirib ki, «exit-poll» keçirmək məsələsi nəzərdən keçirilir. «Amma biz bu barədə yekun qərarımızı verməmişik», – deyən Zülfüqarlının sözlərinə görə, Azərbaycanda hər hansı bir QHT təkbaşına «exit-poll» keçirmək imkanında deyil. «Belə ki, «exit-poll»u ancaq ayrı-ayrı QHT koalisiyaları birgə keçirə bilərlər. Ölkədə 5 minə qədər məntəqə var. Bu qədər məntəqəni əhatə etmək üçün imkanlar olmalıdır», – deyə o əlavə edib. /Trend/