Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan növbəti konfrans Qusarda təşkil ediləcək

Moskvada terror aktı nəticəsində xəsarət alanların sayı 152-ə çatıb
Çin telekanalı: Azərbaycan tarixi ənənələri və müasirliyi birləşdirən ölkədir
İşğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonası yaradılacaq

Aprelin 25-dən 29-dək Qusarda Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” müvafiq Sərəncamına əsasən “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi, bu ölkənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq.

Konfransda üç bölmə üzrə məruzələr dinləniləcək:

1. XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları – 1) 1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar, 2) 1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları, 3) 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan SSR-in ərazisindən deportasiyası, 4) 1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması, 5)1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr.

2. 1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları.

3. XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar.

Ətraflı məlumat üçün təşkilat komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, altıncı mərtəbə, Tarix İnstitutu. Telefonlar: (+994 12) 539-36-15; (+994 12) 539-36-19, Mob.: (+994 50) 327-41-64; (+994 50) 614-54-23.