Azərbaycandakı prezident seçkisində “exit-poll”u keçirəcək qurumlardan birinin adı bəlli oldu

Ermənilərin Qaradağlı kəndində törətdiyi soyqırım cinayəti haqqında kitab nəşr olunub
“Ermənilərin bəşəriyyətə qarşı törətdikləri cinayətlər: Şamaxı soyqırımı – 1918”
AVCİYA-da “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsi çərçivəsində sonuncu dəyirmi masa keçirilib

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycanda prezident seçkisində “exit-poll” keçirəcək. Bu barədə cümə axşamı Trend ə AVCİYA-dan məlumat verilib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. AVCİYA 2004-cü il bələdiyyə və 2005-ci il parlament seçkilərində də “exit-poll” keçirib.

AVCİYA-nın 2008-ci il seçkiqabağı görəcəyi işlər bu gün ATƏT-in Bakı ofisində AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının ATƏT-in məsul işçiləri Juliane Markard-Narten ilə görüşündə də müzakirə edilib. Zülfüqarlı Seçki Qərargahının prezident seçkiləri ilə əlaqədar seçki maarifçiliyi, seçkilərin monitorinqi ilə əlaqədar görəcəyi işlərlə ATƏT nümayəndələrini tanış edib.

Markard-Narten isə ATƏT-in Bakı ofisinin prezident seçkiləri ilə bağlı planlaşdırdığı işlər barədə ətraflı məlumat verərək seçki maarifçiliyi və seçkilərin monitorinqi ilə bağlı AVCİYA Seçki Qərargahı ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

/ Trend , müxbir Q.Cəbiyev/