Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq tədbir keçirilir

Qaraməryəm–İsmayıllı–Şəki magistralını Oğuzun kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub
Zəngilan rayonunun işğalından 25 il ötür

Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq tədbir keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə 600-dən çox iştirakçı, o cümlədən 70-dən artıq aparıcı mütəxəssis, hüquqşünas və dövlət rəsmisi bir araya gəlib.

Mərasimdə ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, Avropa İttifaqı Şurasının keçmiş prezidenti və Belçikanın sabiq Baş naziri Şarl Mişel və digər xarici qonaqlar çıxış edirlər.

Tədbirin məqsədi dünyanın müxtəlif regionlarında arbitraj sahəsində fəaliyyət göstərən peşəkar hüquqşünaslar arasında bilik mübadiləsini təşviq etmək, dövlət və özəl sektorda çalışan hüquqşünaslar arasında əməkdaşlığı gücləndirmək, eləcə də Azərbaycanda arbitraj sektorunun inkişafı istiqamətində müzakirələr üçün dinamik platforma yaratmaqdır.

AZƏRTAC