Bakıda AVCİYA koordinatorlarının toplantısı keçirilib

ƏLİ BAYRAMLIDA TƏHSİL KREDİTLƏRİ MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Sabirin yaradıcılığına həsr olunan qiraət müsabiqəsinə start verilib
AVCİYA Seçki Qərərgahı regionlarda görüşləri davam etdirir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu il keçiriləcək parlament seçkilərinin ölkə üzrə müşahidəsini təşkil edəcək.
AVCİYA Seçki Qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar AVCİYA rayon koordinatorlarının toplantısı keçirilib.
Bakının “Ambasador” otelində keçirilən toplantıda AVCİYA-nın seçkilərlə bağlı gördüyü işlər barədə məlumat verilib. Bildirilib ki, AVCİYA seçkilərlə bağlı hazırladığı “Aralıq hesabat (1 may – 1 sentyabr 2015-ci il)” və digər sənədləri ictimaiyyətə təqdim edib. Oktyabrın sonlarında seçkilərlə bağlı yeni bir hesabat da ictimaiyyətə açıqlanacaq.
Görüşün sonunda tədbir iştirakçılarına görüləcək işlər barədə təlimatlar verilib və seçki qərargahı tərəfindən hazırlanmış “Müşahidəçilərin yaddaş kitabçası” paylanılıb.