Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışı olub

Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb
2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
İraqdan Azərbaycana qaytarılan 100-dək uşaq dövlət qeydiyyatına alınıb

Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsdi.

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər. Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış oldular.

Sonra dövlətimizin başçısı və birinci xanım hospitalın kollektivi ilə görüşdülər.

Sonda xatirə şəkli çəkdirildi.