Beynəlxalq Sülh Günü münasibətilə “Bəşəriyyətə sülh lazımdır” mövzusunda videokonfrans keçirilib

2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini açıqlandı
Gürcü telejurnalist: Ermənilərin uzun illər işğal altında saxladığı ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilib

Azərbaycan dünyanın ən tolerant ölkələrindəndir. Xalqımızın ən böyük arzu və istəyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər veryr ki, bu fikir 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə elan edilən “Sülh aylığı” çərçivəsində sentyabrın 3-də Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə keçirilən “Bəşəriyyətə sülh lazımdır” mövzusunda videokonfransda səsləndirilib.

MKS-nin kitabxana filiallarının və dövlət qurumlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə “Sülh aylığı” haqqında ətraflı məlumat verilib. Bildirilib ki, hər il Beynəlxalq Sülh Günü ərəfəsində – avqustun 21-dən sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” elan edilir. 1982-ci ildən bəri bütün dünyada “Sülh günü” kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşamaq arzusudur.

Videokonfransda dünyada tolerantlıq mərkəzi kimi tanınan Azərbaycanda müxtəlif azsaylı xalqların daim sülh və əmin-amanlıq şəraitində yaşamasından ətraflı bəhs edilib. Vurğulanıb ki, Azərbaycan Respublikası hər zaman sülhsevər siyasət yürüdür, beynəlxalq münasibətlərdə sülhə böyük töhfələr verir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC