Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib

İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 3 fələstinli həlak olub
Azərbaycanda idmanın inkişafındakı xidmətlərinə görə bir qrup şəxs təltif edilib – SƏRƏNCAM
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub 

Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rəsmi “Instagram” səhifəsində xalqımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə qeyd edilir:

“Əziz həmvətənlər!

Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy, Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy, yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram”.