Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib

XİN: COP29 çərçivəsində elan edilən “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatı tərəfindən dəstəklənib
Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr barədə müzakirələr aparılıb
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı

Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rəsmi “Instagram” səhifəsində xalqımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə qeyd edilir:

“Əziz həmvətənlər!

Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy, Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy, yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram”.