“Bu, asan olmayan imtahan idi, üzüağ çıxdıq” – AVCİYA prezidenti Elxan Süleymanov

Məşhur Bakı milyonçusu haqqında serial çəkiləcək
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Elxan Süleymanov: “Azərbaycanın zəngin tarixə, mədəniyyət potensialına malik olan bir bölgədən, Göyçaydan bəhs edən ensiklopediya başqa cür ola bilməzdi, rayon ictimaiyyəti kitabı minnətdarlıq hissi ilə qəbul etdi”


“Heydər Əliyevin 100 illiyində Göyçay məktəblərində əlaçı təqaüd mükafatını yenidən bərpa etmişəm”

“Göyçay Ensiklopediyası”nın ideya müəllifi və naşiri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov Musavat.com-un suallarını cavablandırıb.
Onunla söhbəti təqdim edirik:

– Bu yaxınlarda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) növbəti nəşri təqdim edildi. Artıq nəfis tərtibatlı “Göyçay ensiklopediyası” Azərbaycan oxucusunun sərəncamına verilib. Kollektivimizin 2 ilə yaxın müddət ərzində üzərində işlədiyi layihə başa çatdı. Azərbaycanımızın bölgələrinə həsr etdiyimiz ikinci ensiklopediya işıq üzü gördü və qədirbilən oxuculara təqdim edildi.

– Elxan müəllim, bildiyimiz qədər AVCİYA bir neçə il bundan əvvəl “Şamaxı ensiklopediyası”nı da hazırlayıb.

– Bəli. “Şamaxı ensiklopediyası” mənim təşəbbüsüm və dəstəyimlə 2015-ci ildə nəşr edilib. Bu ensiklopediya mənim Şamaxı seçicilərimə hədiyyəm olub.

– Biz o barədə də danışacağıq. İndi isə 30 sentyabra qayıdaq. Göyçay rayon Heydər Əliyev Mərkəzinə. “Göyçay ensiklopediyası”nın təqdim olunma mərasiminə.


– Məmnuniyyətlə. 30 sentyabrda biz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə ithaf etdiyimiz ensiklopediyanı rayon ictimaiyyətinə təqdim etdik. Açığını deyim ki, bu şəxsən mənim, həm də kollektivimiz üçün bir imtahan idi. Özü də asan olmayan imtahan. Amma, artıq fəxrlə deyə bilərəm ki, biz bu imtahandan üzüağ çıxdıq. Rayon ictimaiyyəti, əziz göyçaylılarım öz bölgələrindən bəhs edən ensiklopediyanı minnətdarlıq hissi ilə qəbul etdilər. Əlbəttə, bu çox sevindirici hal idi.

zal.jpg (389 KB)

– Kitabdan danışaq. Bu kitabı vərəqlədik, sözün əsl mənasında monumental nəşrdir.


– Azərbaycanın zəngin tarixə, mədəniyyət potensialına malik olan bir bölgədən, Göyçaydan bəhs edən kitab başqa cür ola bilməzdi. Az qala 700 səhifəlik kitabda Göyçayın tanınmış şəxsiyyətləri, bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında minə qədər məqalə, Göyçayın tarixindən, ədəbi-mədəni mühitindən, folkloru və mərasimlərindən, etnoqrafiyasından, maddi mədəniyyətindən, toponimlərindən bəhs edən irihəcmli oçerklər, eləcə də illüstrasiyalar və xəritələr yer alıb.

– Belə bir kitabı ərsəyə gətirmək təbii ki, böyük bir komandanın işidir. Kimlər var o komandada?


– Doğrudur. Nəşrin ideya müəllifi və naşiri mənəm. Elmi-redaksiya şurasının sədri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri dəyərli Anar Rzayevdir.
Elmi-redaksiya şurasının üzvləri sırasında ADPU-nin professoru, Əməkdar müəllim, mərhum dostum Nadir Abdullayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, “1905.az STUDİO”nun direktoru Fuad Babayev, coğrafiya elmləri doktoru, professor, Əməkdar müəllim Şövqi Göyçaylı, filologiya elmləri doktoru, professor, layihənin baş redaktoru Asif Hacılı, İsveçin Umea Universitetinin elmi işçisi və mühazirəçisi, dosent Səadət Kərimi, fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin Bilkənd Universitetinin professoru Azər Kərimov, filologiya elmləri doktoru, professor Paşa Kərimov, Azərbaycan hüquqşünası və dövlət xadimi Əlisaab Orucov, siyasi elmlər doktoru, BDU-nun professoru Ramiz Sevdimalıyev, fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin Hacettepe Universitetinin professoru Kamal Soltanov, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı, iqtisadiyyat elmləri doktoru Vurğun Süleymanov təmsil olunurlar.

ENSK_KITAB-CILDI-400x300.jpg (586 KB)
Eyni zamanda öz elmi–tədqiqat işləri ilə bizə kömək edən, əslən göyçaylı, Göyçayı yaxşı tanıyan, professor, Əməkdar müəllim Şövqi Göyçaylı və elmi məsləhətçilər də ensiklopediyanın ərsəyə gəlməsində yaxından iştirak ediblər. Pedaqoq Vüqar Abdullayevə, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədliyə, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyevə, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Kərimovaya, filologiya üzrə fəlsəfə doktoru Təranə Məhəmmədqızına, Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədliyə, “Göyçay” qəzetinin redaktoru, Əməkdar müəllim Adil Məmmədova, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent İslam Musayevə, Göyçay rayonu Ağsaqqallar Şurasının sədri Xəlil Orucova, Göyçay rayonu Müharibə və Əmək Veteranları Şurasının sədri Atəş Salahova, tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Pərviz Yəhyalıya, Göyçay rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalovaya minnətdarlığımı bildirirəm.
Buradaca yaradıcı heyətdə təmsil olunan işıqlı insanların da adlarını çəkmək istəyirəm. Məsul redaktorlar Laləzər Abbasova, Sevda Zeynalova, bədii redaktor Təmkin Məmmədli, texniki redaktor İrina Muxtarova, orijinal maketin müəllifi Mehman İbrahimov, cildin dizaynını işləmiş Elviz İsmayılov, korrektor qrupunun koordinatoru Fatmaxanım Həsənova, Gülnar Zeynallı, korrektorlar Sadiq Hüseynov, Aqşin Məsimov, www.goycay-encyclopedia.az portalının dəstəklənməsini həyata keçirmiş Mansur Manafov, Ləman Carçalova.

– Bu insanların da qatıldıqları təqdimat mərasimindən danışaq, necə xatirinizdə qaldı?

– Təqdimat mərasiminə yuxarıda adlarını çəkdiyim insanların xeyli hissəsi qatılmışdı. Fəxri qonaqlar sırasında parlamentin sədrinin 1-ci müavini, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, millət vəkilləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və başqaları.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hörmətli Anar müəllim, şura üzvlərindən professor Şövqi Göyçaylı, ensiklopediyanın baş redaktoru Asif Hacılı, millət vəkili Zahid Oruc, kitabın elmi məsləhətçilərindən “Göyçay” qəzetinin redaktoru, Əməkdar müəllim Adil Məmmədov, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli çıxış etdilər.

fd19f752738cec1e65b1bce41ca8cb85.jpg (80 KB)

Məncə, çıxışçıların rəyləri də ensiklopediyanın nə qədər dəyərli olmasını və tədbirin möhtəşəmliyini əks etdirirdi.

– Təbii ki, Siz də çıxış etmişiniz. Çıxışınızda toxunduğunuz hansı məqamları yenidən vurğulamaq istərdiniz?

– Mən əvvəlcə 44 günlük müharibədə qazandığımız böyük Qələbəni, 24 saatlıq lokal antiterror tədbirlərində əldə etdiyimiz Zəfəri, suverenliyimizin tam bərpasını bizə bəxş etmiş Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə və Ordumuza göyçaylıların təşəkkürlərini bildirdim.
İlham Əliyev azərbaycanlıları məğlub xalqdan qalib xalqa çevirən dahi lider və böyük sərkərdədir. Son 200 ildə bizə ilk dəfə zəfər sevinci yaşadan Ali baş komandan və dövlət başçısıdır.
Qürurla demək lazımdır ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini, İlham Əliyev isə ölkəmizin suverenliyini, ərazi bütövlüyünü bərpa etdi.
Biz İlham Əliyevin dövründə yaşamağımızdan fəxr etməliyik.
Təbii ki, Ulu Öndərin Göyçay üçün gördüyü işlərdən danışmaya bilməzdim. Ulu öndər və onun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizin bütün bölgələrinə olduğu kimi, Göyçaya da xüsusi qayğı və diqqətlə yanaşıblar.
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra bütün bölgələrdə olduğu kimi Göyçayın da bütün kəndlərində yenidənqurma işləri həyata keçirilirdi, yol, işıq, poçt, məktəb, tibb məntəqəsi, mədəniyyət evləri, klublar, kitabxanalar yenidən quruldu və beləliklə abadlaşdırma işləri vüsət aldı. O, bütün sahələrdə olduğu kimi kənd təsərrüfatına da mühüm yer ayırdı. Kənd təsərrüfatında böyük göstəricilər əldə etməklə insanların maddi vəziyyəti də nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı.
Göyçaylıların dərin minnətdarlıqla xatırladıqları mühüm faktlar kifayət qədərdir. Mən bunlardan birini xatırlatmağı vacib hesab edirəm.
1976-cı ildə Göyçay ərazisini daimi sel sularından xilas etmək üçün Heydər Əliyevin sərəncamı ilə Ərvan çayı üzərində bənd tikildi. Bunun sayəsində rayonumuzun geniş torpaq sahələri abadlaşdırıldı, yüzlərlə ev, məktəb, mədəniyyət ocaqları tikildi, bağlar, parklar salındı. İnsanlar evlərində rahat yaşamaq imkanı qazandılar.
Prezident İlham Əliyev də Ulu öndərin uğurlu siyasətini davam etdirərək Göyçay şəhərində, kəndlərində yenidənqurma və bərpa işləri həyata keçirir. Su Elektrik Stansiyası, məktəblər, gənclər mərkəzi, şahmat məktəbi, mədəniyyət evləri, olimpiya mərkəzi, ucqar kəndlərə yollar, işıq, qaz çəkilir, əhalinin iş imkanlarının artırılması üçün istehsal sahələri və iş yerləri açır.
Regionlara qayğıdan söz açmışkən, burada Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun da Azərbaycanın bütün bölgələri ilə yanaşı Göyçay rayonu üçün də etdiklərini qeyd etmək istərdim. Heydər Əliyev Fondu tərəfindən Göyçayda çoxlu sayda təhsil müəssisələri, məktəblər, uşaq bağçaları inşa edilib və əsaslı təmir olunub. Fond bu işləri bu gün də intensiv şəkildə davam etdirir.
Bir neçə il öncə isə Göyçaya sel gələndə rayon ərazisində “Qırmızı körpü” uçdu. Cənab İlham Əliyev bu məsələni şəxsi nəzarətə götürdü, o körpünün bərpası ilə yanaşı, çayın yatağı qaydasına salındı, habelə yeni bir ehtiyat körpü inşa edildi. İlham Əliyevin sərəncamı ilə inşa edilən yeni körpü Göyçay şəhəri ilə kəndləri arasındakı əlaqəni əbədiləşdirdi.
Mən bu məqamları vurğulamaya bilməzdim.
Tədbirin sonunda göyçaylı olmağımdan sui-istifadə edib (gülür-red.) bir də söz aldım. Ensiklopediya ilə yanaşı, göyçaylılara daha 3 hədiyyə ilə gətirdiyimi dedim.
Birinci hədiyyəm, sevimli şairimiz, Göyçayın fəxrlərindən olan İsgəndər Coşğunun şeirlərindən ibarət kitab olacaq. Qərar vermişik ki, qısa müddətdə onun 100 şeirini toplayaq və kitab çap edək, qarşıdan gələn Novruz bayramı ərəfəsində geniş tirajlayaq.
İkinci hədiyyəm, Göyçayın görkəmli ədiblərinin əsərlərindən ibarət antologiya (külliyat) olacaq.
Üçüncü hədiyyəm. Heydər Əliyev daim təhsilə, elmə xüsusi diqqət yetirib.
Ulu öndər Heydər Əliyev hər kəsə təhsilə qayğı göstərməyi tövsiyə edib. O, demişdi: “Təhsil millətin gələcəyidir!”
Mən 1990-1994-cü illərdə Göyçayda əlaçı şagirdlərə babam, mütəfəkkir, din xadimi, elm adamı Hacı Rəhim Əfəndinin adına təqaüd təqdim etmişəm. Böyük düha Heydər Əliyevin müdrik sözlərinə sadiq qalaraq bu ildən – Heydər Əliyevin 100 illiyində həmin mükafatı yenidən bərpa edirəm. Göyçayın mövcud 57 məktəbinin hər birindən 1 şagirdə ildə bir dəfə bu əlaçı təqaüdü təqdim edəcəyəm.

– Çox gözəl. Sonda Sizin komandanın təqdim etdiyi bölgə ensiklopediyası fenomeni barədə bir qədər danışaq.

– Bayaq qeyd etdiyim kimi, 2015-ci ildə “Şamaxı ensiklopediyası”nı təqdim etmişik. O zaman mən Şamaxının millət vəkili idim. O kitab böyük uğur qazandı. Düşünürəm ki, “Şamaxı ensiklopediyası” sevimli seçicilərim üçün böyük hədiyyə idi. İnanıram ki, bu ensiklopediya Şamaxının qədim tarixi qədər yaşayacaq.
İndi də “Göyçay ensiklopediyası”nı təqdim etdik. Bir göyçaylı və ziyalı kimi bu ensiklopediyanı ərsəyə gətirmək mənə qismət olduğu üçün çox xoşbəxtəm.
Düşünürəm ki, AVCİYA-nın başladığı regional ensiklopediya ideyası Azərbaycanın hər bir bölgəsinə belə miqyaslı layihələr həsr olunarsa, bu doğma Vətənimizi, regionlarımızı daha yaxşı öyrənməyimizə xidmət edər. Mən belə düşünürəm.

Musavat.com