Ceyhun Bayramov Naxçıvana dron hücumlarının İran tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb

Mehriban Əfəndinin əsərləri Avropada ən böyük sürrealizm sərgisində təqdim olunacaq
İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Şotlandiya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransı keçirilir

Martın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

XİN-dən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.

Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC