Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxıya səfər edib

Laçında növbəti əmək yarmarkası keçiriləcək
Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək
Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edilib

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər ediblər.

Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edirlər.

Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.

Xarici diplomatların səfəri çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.