Dünya Bankı və işgüzar dairələr Orta Dəhlizin perspektivlərini müzakirə edib

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar
Azərbaycan növbəti bir il ərzində UNESCAP-a sədrlik edəcək
“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb 

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ-Gürcüstan Biznes Şurası Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolanda Praysla Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və regional əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş dəyirmi masa təşkil edib.

“Report” USACC-yə istinadən xəbər verir ki, dəyirmi masada sözügedən marşrutun etibarlılığının və buraxılış qabiliyyətinin artırılması üçün zəruri investisiyalar və əməliyyat tədbirləri diqqət mərkəzində olub.

Bildirilib ki, ekspertlər və biznes icmasının nümayəndələri dəmir yolu və liman infrastrukturunun modernləşdirilməsi, sərhəd və gömrük prosedurlarının təkmilləşdirilməsi, iştirakçı dövlətlər arasında logistika üzrə qarşılıqlı əlaqələrin yaxşılaşdırılması, nəqliyyat proseslərində rəqəmsal texnologiyaların aktiv tətbiqi kimi prioritet istiqamətləri nəzərdən keçiriblər.

“Bu tədbirlərin həyata keçirilməsi Orta Dəhlizə artan beynəlxalq marağın Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa üçün konkret ticarət və investisiya imkanlarına çevrilməsinə imkan verəcək”, – USACC-nin məlumatında vurğulanıb.

Report