Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi”nin ümumi yığıncağı keçirilib

Prezident Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçikaya səfər edib
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib
İlham Əliyev Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib

Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan “AzərEnerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.

Yığıncaq zamanı iştirakçılar Tural Əliyevin “Yaşıl Dəhliz Birliyi” MMC-nin yeni baş direktoru təyin edilməsi və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəliblər. Bununla yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda qəbul edilmiş qərarlara dair müvafiq sənədlər imzalanıb.

AZƏRTAC