Ermənistan simasızlıq böhranından necə xilas ola bilər?

Şuşa XIX əsrin ortalarında
ERMƏNİSTANIN TƏŞƏKKÜLÜ VƏ İRƏVANIN ERMƏNİLƏRƏ VERİLMƏSİ MƏSƏLƏSİ
Çar Rusiyasının köçürmə siyasəti

Anarxist struktura sahib beynəlxalq sistemdə öz mövqeyini müəyyən etmək  və buna əsasən siyasət qurmaq nəzəriyyələrini tamamilə səhv başa düşən Ermənistan təcazvüzkar xarici siyasət həyata keçirərək sima axtarışını davam etdirir.

Bu təcavüzkar yanaşma  Ermənistanın xarici siyasətinin əsaslarının böyük bir hissəsini başa düşmək üçün kömək edəcək bir vasitə kimi qarşımıza çıxır. Çünki başqalarının sədəqəsi nəticəsində  müstəqillik əldə edən və heç bir zaman ölkə siyasəti məsələsində bacarıqlı kadrlara sahib ola bilməyən Ermənistan müxtəlif qüvvələrin himayəsi altında davakar və aqressiv həyat tərzinin bir qazanc olduğuna inanan davakar-siyasətçilər tərəfindən idarə olunur. 1918-ci ildə, yenə başqalarının sədəqəsi  kimi qurulan Ermənistan Demokratik Respublikasında da indikinə bənzər davakar siyasət yeridildiyinin şahidi oluruq.

Yarandığı ilk gündən Azərbaycanla Qarabağ, Bakı və Naxçıvan üstündə, Gürcüstanla Lori və Ahıska bölgəsi üstündə, Türklər ilə Qars və İğdır üstündə mübarizəyə girişən və hamısından böyük zərbələr alaraq imtina eden Ermənistan Demokratik Respublikası o dövrdə də indiki kimi davakar-komitəçi siyasətçilər ucbatından kiçik bir ərazi ilə kifayətlənməli olmuşdur. 1991-ci ildən sonra Azərbaycanla acıq müharibəyə başlayan Ermənistan tarixi ziddiyyətləri  davam etdirmək üçün Türkiyə ilə soyqırım, Gürcüstan ilə də “tarixi Ermənistan torpaqları” üzərində qurduğu münasibətlər şəbəkəsinin ortasında sıxışıb qalmışdır.

Ermənistanın müstəqillik əldə etdiyi ilk gündən etibarən davakar qrupların təsiri altında idarə olunması daxildə də böyük problemlərin yaranmasına səbəb olmuşdur. Əsgər  çəkmələrində Qarabağdan İrəvana qayıdanların qəhrəman kimi qarşılanması və bunların siyasi arenaya çıxaraq ölkəni idarə etməyə başlaması bəzi qərb yönümlü erməni analitiklərin ifadəsi ilə desək, “ikinci soyqırım”a gətirib çıxarmışdır. Ölkədə stabilliyi təmin etməyə və oliqarxları bəsləməyə çalışdığı üçün güclü bir xarici siyasət yeritməyə vaxt tapa bilməyən İrəvan davakar-siyasətçi rejimin məntiqiylə hələ də dünyaya Birinci Dünya Müharibəsi dövrünün eynəklərinin arxasından baxır. Ona görə də Sovet işğalında bolşeviklərə etiraz edən bütün milliyyətçi qruplar təzyiqlərə məruz qalıb və bir qisimi də müharibə bahasına belə olsa mübarizəyə girişiblər. Kommunizmə etiraz edib Avropaya qaçanlar isə Hitlerə Türkiyənin işğal edilməsi planlarını təklif edib, ancaq bir cavab almadıqlarında düşünüblər ki, Stalindən başqa etibar edəcəkləri bir lider tapa bilməyəcəklər. Lakin Stalin də Şərqi Anadolunun işğal planınıi hazırlayan ermənilərə güvənməyib, hamısını ortadan qaldırmağa üstünlük verib. Yəni hansı şərtlər altında olursa-olsun, inanılmaz bir əzmkarlıqla Türkiyəni parçalama layihəsindın əl çəkməyən komitəçi erməni təfəkkürü dünyaya yüz il əvvəldən baxır və indi də həm Qafqazda, həm beynəlxalq aləmdə problem yaradaraq bunun sehrli bir effekti olacağına inanır.

Bütün siyasətlərində Vudro Vilson və Sevr müqaviləsinə bol-bol istinadlar edən İrəvan rəhbərliyi Türkiyə Respublikasından əvvəl və Sovetlər dövründə bağlanan heç bir sazişi tanımadığını bildirsə də, ASALA terroruna qarşı münasibətdə belə davranmır. Ermənilərin fikrincə ASALA, keçmişdə qalmış bir məsələdir. Lakin Sevr, hələ etibarlılığını qoruyan bir müqavilədir…

Hazırda Serj Sarkisyanın ikinci prezidentlik dövrüdür və daxili siyasətdəki davakar-siyasətçi ənənəsini yavaş-yavaş oliqarxiya despotizmi əvəzləyir. Lakin xarici siyasətdəki təcavüzkar davranışda hər hansı bir dəyişiklik yoxdur. Belə ki, bu istiqamətdə, onlar öz ziyalılarına təzyiqlər göstərir və qadağalar tətbiq edir, fərqli düşünən ermənilərin xaricdəki toplantılarda iştirakına və xüsusilə türklərlə görüşmələrinə mane olurlar. Ermənilərlə dialoq qurmaq üçün Türkiyənin müxtəlif ölkələrdə keçirdiyi konfranslarda hər hansı kimsənin iştirakına maneçilik yaradan Ermənistan bu tədbirlərin keçirildiyi dönəmlərdə bir çox adamları Türkiyə və Azərbaycan lehinə agentlikdə ittiham edərək həbs edir. Bu da, xalq arasında böyük qorxuya səbəb olur və durmadan təkrar olunan zərər çəkmiş psixologiyası ölkə siyasətinin əsas gündəliyini təşkil edir.

Ermənistanın həyata keçirdiyi təzyiq siyasəti yalnız öz vətəndaşlarına yönəldilməyib. Bir çox xarici diplomatlar, siyasətçilər və ziyalilar da bu despot yanaşmadan nəsibini alır. Bununla əlaqədar olaraq son zamanlarda yaşanan ən böyük qalmaqalı təhlil etmək yerində olar. Moldovalı ombudsman Aurelia Qriqoriu təhdid və şantajlara görə İrəvanı tərk edə bilmirdi.

Moldovalı ombudsman Aurelia Qriqoriu 4 iyul 2013-cü ildə İrəvanda təşkil olunan Pan-Avropa Konfransı çərçivəsində Ermənistan parlamentində çıxış edib  və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edərək aqressiv bir xarici siyasət yeritdiyini və Xocalıda soyqırım törətdiyini bildirib. Çıxışından sonra saysız ölüm təhdidləri alan Qriqoriu həyatı üçün təhlükə olduğuna görə qaldığı otelin otağından çıxa bilməyib. İrəvanı tərk etmək istəyəndə isə təhlükəsizliyinə təminat verilmədiyi üçün digər nümayəndələrlə birlikdə hava limanına gedə bilməyən Qriqoriu ölkədə Moldovanın diplomatik nümayəndəliyi olmadığına görə Rumıniya və Gürcüstan diplomatlarının işə müdaxiləsindən sonra Ermənistanı tərk edə bilib. Qonağı olduğu ölkədə söz və fikir azadlığı hüququndan istifadə etdiyi üçün öldürülməklə təhdid edilən Qriqoriunun yaşadıqları Ermənistanın böyük bir rüsvayçılığı kimi tarixə keçdi.

Qriqoriu hadisəsinin erməni mediası tərəfindən ört-basdır edilməsi ayrı bir komediyaya çevrildi. Bəzi erməni media orqanları Qriqoriunun öz istəyi ilə İrəvanda qalmaq istədiyini və məclisdəki çıxışına görə peşman olub üzrxahlıq edəcəyini, bəziləri isə xarici qonağı araqarışdıran adlandıraraq səhhəti ilə əlaqədar problemlərinin olduğunu yazdı. Mövzunun dünya mediası tərəfindən müzakirəsinin qarşısını almaq üçün hərəkətə keçən İrəvan isə aqressivlik dozasını artıraraq Türkiyə ilə bağlı iddialarının olduğunu gündəmə gətirdi. Belə ki, çaşdırıcı bir çıxış edən Ermənistan baş prokuroru Ağvan Hovsepyan bildirdi ki, Türkiyədəki erməni kilsələri və onların əraziləri Ermənistana birləşdirilməlidir. O həmçinin qeyd etdi ki, ermənilərə aid kilsə və ərazilər Ermənistandakı Eçmiədzin kilsəsinə, tarixi erməni torpaqlarının isə hamısının Ermənistan dövlətinə qaytarılması üçün səy göstərəcəklər. Ərazi iddasının yalnız Türkiyə ilə bağlı olmadığını, Naxçıvanın da ən qısa müddətdə Ermənistana birləşdirilməsinin vacib olduğunu ifadə edən Hovsepyan erməni hüquqçularının bu sahədə fədakarlıqla çalışdığını və erməni millətini yox olmağa məhkum edənlərlə haqq-hesab çəkəcəklərini dedi. Bu qalmaqalı gizlətməyə çalışan erməni rəsmiləri dərhal mətbuat orqanlarında 1915-ci illə bağlı faciəvi hekayələrin və Türkiyənin təzyiq siyasətindən bəhs edən xəbərlərin yayılmasını təmin etdilər. Hətta TOKİ-nin (red.kütləvi yaşayış binalarının tikintisiylə məşğul olan xüsusi dövlət idarəsi) tarixi erməni evlərini dağıdaraq yeni yaşayış massivləri saldığına dair xəbərlər əsas müzakirə mövzusu oldu. Heç kimin yaşamadığı və hətta ermənilərin özləri tərəfindən dağıdılan evlərlə bağlı bir növ haqsızlıq ədəbiyyatı, hekayələr yaradıldı. Bu, təcavüzkarın zərər çəkən bir psixologiyaya bürünməsinin ən gözəl nümunələrindən biri idi.

İçindəki dalandan Ermənistanı qurtaracaq tək yol mövcud davakar-siyasətçi rəhbərliyin səhnədən getməsi və əsasən qərb yönümlü fikirləri mənimsəyən gənc kadrların ölkə rəhbərliyinə gətirilməsidir. Bundan başqa diaspor mənşəli və komitəçi təfəkkürü dəstəkləyən insanların bu prosesdə iştirakı da məlum siyasətin davamına səbəb olacaq. Ona görə də erməni xalqının çox yaxşı bir seçim edərək, ona geydirilən dəli köynəklərindən xilas olması əsas şərtdir. Bu həm erməni xalqı, həm də bölgə xalqları üçün vacibdir. Lazımi dəyişikliklər Ermənistanın daxili və xarici siyasətinin də sağlam bir simaya qovuşmasını təmin edəcəkdir.

 Mehmet Fatih ÖZTARSU

http://1905.az

23.06.2014