İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Dünya Bankı Azərbaycanda uzunmüddətli iqtisadi artım üçün şərtləri açıqlayıb
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib
Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem ilə görüşüb.

Söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olundu.

Ölkəmizin turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulandı.

Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublar ilə əməkdaşlığından məmnunluq ifadə edildi, tərəfdaşlığın perspektivləri müzakirə olundu.

president.az