IMF: Azərbaycan iqtisadiyyatı ortamüddətli dövrdə ildə 2,5 % artacaq

İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib
G20 ölkələrinin liderləri qlobal vergi sistemində islahatları təsdiqləyiblər

Azərbaycanın ÜDM artımı ortamüddətli perspektivdə ildə orta hesabla 2,5 % səviyyəsində proqnozlaşdırılır.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

“2025-ci ildə artım tempi 2024-cü illə müqayisədə yavaşlayaraq 3 %-ə çatacaq, çünki karbohidrogen sektoruna dövlət investisiyaları tədricən azalır. Ortamüddətli perspektivdə iqtisadi artım ildə orta hesabla 2,5 % səviyyəsində proqnozlaşdırılır. İnflyasiya nəzarət altındadır və Mərkəzi Bankın müəyyən etdiyi hədəf göstəriciləri daxilindədir”, – C.Azur bildirib.

O qeyd edib ki, ticarətdə profisitin azalması ölkənin xarici iqtisadi mövqelərinə təsir göstərəcək.

“Risklər nisbətən balanslaşdırılmış olaraq qalır. Risk faktorlarından biri neft və qazın mümkün ucuzlaşması, digəri isə hər hansı gərginliyin artması və bunun ümumi iqtisadi vəziyyətə təsir göstərə bilməsi ilə bağlıdır. Bununla yanaşı, qeyri-karbohidrogen sektorundakı fəaliyyətin natamamlığı da iqtisadiyyata mənfi təsir göstərə biləcək problem yaradır”, – IMF-nin nümayəndəsi əlavə edib.

Report