“Kimsəsiz Yeniyetmələr üçün Sosial İnteqrasiya İmkanları Yaradaq”

AVCİYA Şamaxıda seçki məslələrinə aid seminar keçirdi
Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin təqdimatı keçirilib
Azərbaycan Respublikasında 23 dekabr 2009 – cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinin Uzunmüddətli Müşahidəsinin nəticələrinə dair ARALIQ HESABAT

“İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondu növbəti layihənin, “Kimsəsiz Yeniyetmələr üçün Sosial İnteqrasiya İmkanları Yaradaq” layıhəsinin icrasına başlamışdır. Bu layihə Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Qeyd edək ki, layihə Avropa Şurasının reallaşdırdığı “ENTER!” proqramına daxildir. Layihənin məqsədi kimsəsiz yeniyetmələri sosial hüquqlar sahəsində maarifləndirmək və onların cəmiyyətə sosial inteqrasıyası prosesini sürətləndirmək üçün psixoloji dəstək göstərməkdir.
Layihədə valideyn himayyəsindən məhrum olmuş 20 gəncə sosial hüquqlarla bağlı təlim və psixoloji dəstək proqramı keçirilməsi nəzərdə tutulmuşdur. Sosial hüquqlarla bağlı təlim proqramı çərçivəsində gənclərlə müraciət etmək, sağlam ətraf mühitdə yaşamaq, təhsil, istirahət, əmək, sosial təminat, vərəsəlik, mülkiyyət, sağlamlığın qorunması hüququ kimi mühüm mövzularda söhbət aparılacaq. Gənclərin öz hüquqlarını bilməsi onların internatdan sonrakı həyatda yarana biləcək hüquqi problemləri sərbəst həll etmələrində yardımçı olacaq. Öz hüquqlarını bilən gənc müstəqil həyatda öz yerini tapmaqda çətinlik çəkməyəcək.
Psixoloji dəstək proqramımızın əsas məqsədi yeniyetmələrdə travmatik halların aradan qaldırılması, qarşılıqlı anlaşmanın yaradılması, hisslərin sərbəst ifadə edilməsi və yeni sosial mühitdə tolerant davranışın yaradılması və inkişaf etdirilməsidir. Adı çəkilən proqram gənclərə öz daxili aləminin və başqalarının vəziyyətinin analiz edilməsinin öyrədilməsini, yaşadığı travmatik situasiyada ünsiyyət çətinliyinin dərk edilməsini, şəxsi həyatda və ətraf mühitdə baş verən hadisələrə dözümlü üsullarla reaksiya verilməsinin formalaşdırılmasını, öz yaşıdları ilə optimal qarşılıqlı münasibət seçiminin dərk edilməsini və emosional özünütənzimetmə bacarıqlarının inkişafı yollarının çatdırılmasını nəzərdə tutur.
İştirakçı seçimi Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbinin yeniyetmələri arasında müsabiqə yolu ilə aparılmışdır. Adı çəkilən layihə 3 ay müddətində davam edəcəkdir. “İnsan hüquqları XXI əsr – Azərbaycan” Fondu layihə iştirakçıları ilə layihə bitdikdən sonra da əməkdaşlıq etmək niyyətindədir. Yeniyetmələrə davamlı olaraq hüquqi və psixoloji yardımlar göstəriləcəkdir.

“İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondu
01/11/2010