Mərzəndiyə kəndində görüş

Xarici İşlər Nazirliyinin strukturunda dəyişiklik edilib
Azərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin görüşü olub
Müdafiə Nazirliyinin nümayəndəsi ordu quruculuğu sahəsində yerinə yetirilən tapşırıqlarla bağlı çıxış edib

Şamaxının Mərzəndiyə kəndində görüş keçirilib. Görüşdə Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, professorlar Ramiz Sevdimalıyev, Rauf Sultanov və b. iştirak ediblər. Görüşdə Şamaxının millət vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş kənd mədəniyyət evində keçirildi. Görüşdə çıxış edən Niyazxan müəllim, ağbirçək Tavat nənə, Ağamurad Mərzəngəli, kəndin ağsaqqalı Saabxan dayı Şamaxının Millət Vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər ki, kimsəsizləri və ehtiyacı olanları hər zaman yada salır, bayram sovqatı göndərir.