Şamaxıda iki görüş keçirildi

20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
Mətbuat üçün məlumat
Müdafiə naziri: “Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir”

Şamaxının Quşçu kəndində görüş keçirilib. Görüşdə Şamaxının Millət Vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, Söz Azadlığı Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqli və b. iştirak edib. Görüşdə Şamaxının Millət Vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüş kənd tam orta məktəbində keçirildi. Görüşdə müəllimlərdən Eminalı Məmmədov, Kərim Gülalıyev, Əvəz Kərimov, Ağamirzə Həsənov və b. çıxış edərək, qonaqlara və Şamaxının Millət Vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər ki, həyata keçirdiyi layihəyə əsasən kəndlərə içməli su xəttləri çəkdirir, şamaxılı gənclərə təhsil alanmasında dəstək və yardım edir. Daha sonra qonaqlara mövcud problemlər haqqında da məlumat verildi.

***

Şamaxının Məlikçobanlı kəndində görüş keçirilib. Görüşdə Şamaxının Millət Vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, Ənvər Qafarlı, hüquqşunas Arzuxan Əlizadə və b. iştirak edib. Görüşdə Şamaxının Millət Vəkilinin dəstəyi ilə nəşr olunmuş kitablardan danışılmış, yerli camaatın mövcud problemləri ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş kənd mədəniyyət evində keçirildi. Görüşdə çıxış edən Sənan Abdullayev, Nağı Nuriyev, kəndin axundu Bədirxan Ağayev və b. Şamaxının Millət Vəkili Elxan Süleymanova öz minnətdarlıqlarını bildirdilər ki, hər bayram kənddə yaşayan şəhid ailələrini, Qəhtrəman Anaları, kimsəsizləri və ehtiyacı olanları yada salır, bayram sovqatı göndərir.