Məzahir Pənahov: Seçkiləri işıqlandırmaq üçün KİV-lərə hər cür şərait yaradılır

Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir
Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub

Azərbaycanda kütləvi informasiya vasitələri seçkilər vaxtı həmişə Mərkəzi Seçki Komissiyasının (MSK) yanında olur. KİV-lər MSK-da qeydiyyatdan keçmir, onlara seçkiləri işıqlandırmaq üçün hər cür şərait yaradılır. Xarici KİV-lər də bu statusa malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 9-da bir sıra aparıcı xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Məzahir Pənahov bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir. Onlardan 102 mindən çoxu ilk dəfə səs verəcək. ATƏT-in nümayəndələri də bu seçkilərdə müşahidəçi qismində çıxış edəcəklər. Min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu təcrübə 2008-ci ildən tətbiq olunur. İlk dəfə Azərbaycanda tətbiq olunan bu praktikanın əsas üstünlüyü veb-kameraların onlayn rejimdə fəaliyyət göstərməsidir. Dünyanın istənilən yerindən heç bir məhdudiyyət olmadan MSK-nın saytına daxil olub seçki prosesini izləmək mümkündür. Bu təcrübə Azərbaycandan sonra digər ölkələrdə də tətbiq edilməyə başlanıb.