Milli Məclisdə TÜRKPA-nın iclası keçirilir

Prezident İlham Əliyev Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub
Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib
Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq
Bu gün Azərbaycan Milli Məclisinin inzibati binasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısı keçirilir.
“Report”un xəbərinə görə, tədbir Azərbaycan parlamentində təşkil olunub.
Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasının nümayəndə heyətləri iştirak edirlər.
“TÜRKPA-nın 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsi hazırlanıb”.
Bunu TÜRKPA-nın Baş katibi Məhmət Sürəyya Ər qurumun aprelin 22-də Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.
Onun sözlərinə görə, bu sənəddə 2023-2028-ci illərdə TÜRKPA-nın daimi komissiyaları çərçivəsində hazırlanacaq nümunəvi qanunların siyahısı da var: “Belə fəaliyyətlər beynəlxalq əməkdaşlığı gücləndirmək üçün platforma kimi böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında əlaqələri gücləndirmək, onları “Dildə, ideyada, işdə birlik” şüarı və şüuru ilə qidalandırmaq və dəstəkləmək istiqamətində atılan qəti addımlar bu gün yaşadığımız çətinliklərlə üzləşməməyimiz üçün həyati əhəmiyyət kəsb edir”.

Report