MSK-ya daxil olan müraciətlə bağlı məsələ müzakirə olunub

Azərbaycan XİN: Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil
Ombudsman ABŞ konqresmenlərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb
Bakıda Orta Dəhlizin regional inteqrasiyadakı rolu müzakirə olunur

Bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlə əlaqədar məsələyə baxılıb.

AZƏRTAC xəbər verir ki, Komissiyanın üzvü Bəxşeyiş Əsgərov müraciətin 75 saylı seçki dairəsinin Türkoba bələdiyyəsindən daxil olduğunu və müraciətdə həmin seçki dairəsinin 29 və 30 saylı məntəqələrində pozuntular baş verdiyinin iddia olunduğu bildirilib.

MSK seçki qanunvericiliyinin tələbinə əsasən daxil olan müraciətə operativ şəkildə reaksiya verərək müraciətin araşdırılması üçün aidiyyəti dairə seçki komissiyasına göndərilməsinə qərar verib.