“Nəsimi ili – Nəsimi dili” – Bakı Uşaq Teatrının keçirəcəyi festival belə adlanır

Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib
“PAŞA Holdinq” Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi
Ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb

f

Bakı Uşaq Teatrı “Bir teatr, bir festival” layihəsi çərçivəsində üçüncü “Bizim teatr festivalı”nı “Nəsimi ili”nə həsr edəcək.

Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə reallaşacaq və “Nəsimi ili – Nəsimi dili” adlandırılacaq festivalın aprelin 12-də Aktyor Evində gerçəkləşməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, festivalda əsasən, Bakı Uşaq Teatrının yaradıcı heyəti Nəsimi poeziyasından nümunələrlə çıxış edəcək. Bununla yanaşı, başqa teatrların aktyorları da festivala qatılmaq üçün müraciət edə bilərlər.