Nazir: İşğaldan azad edilmiş ərazilərdəki məktəblərdə 3500-dək şagird təhsil alır

Azərbaycan Prezidenti: Ermənistanda revanşizmin və onun silahlandırılmasının dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır
“MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilir
Azərbaycan-Latviya biznes-forumu keçirilib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, 2025-ci ildə Ağdam rayonu Kəngərli, Xıdırlı, Sarıcalı kəndləri, Ağdərə rayonu Həsənriz kəndi və Kəlbəcər rayonu bir nömrəli tam orta ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 5 ümumi təhsil müəssisində tədrislər başlanıb.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

“Ümumi təhsil pilləsi üzrə işğaldan azad edilmiş ərazilərdə son üç ildə görülmüş işlərə dair qeyd etmək istərdim ki, bu dövrdə 20 ümumtəhsil məktəbi hazır vəziyyətə gətirilib. Onlardan 18 məktəb artıq fəaliyyət göstərməkdədir. Hazırda bu məktəblərdə 3500-dək şagird təhsil alır, 380 müəllim və 140 texniki işçi çalışır, – deyə nazir vurğulayıb.

AZƏRTAC