Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 557 namizəd qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı 150 milyon nəfəri ötüb
Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair əlavə edilib
Azərbaycanda 4 400-dən çox məktəb var

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2330 namizəd müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2203 nəfərinin namizədliyi artıq təsdiq olunub:

“Onlardan 2075 nəfəri isə imza vərəqələrini artıq götürüb. 874 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 557 nəfər qeydə alınıb”.

Trend.az