Obama Administrasiyasına ünvanlanan petisiya layihəsi ilə bağlı mətbuat konfransı keçirilib

AVCİYA rəhbərliyi Avropa Şurasının Azərbaycandakı Ofisinin rəsmiləri ilə görüşdü
Səs ver! İşğalçı Ermənistanı bütün dünyada birgə ifşa edək!
PRESS-RELİZ

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanladığı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsi ilə bağlı mətbuat konfransı keçirilib. 

APA-nın məlumatına görə, tədbirdə layihə ilə bağlı bir ay ərzində görülən işlərə həsr olunmuş video-çarx nümayiş etdirilib. AVCİYA prezidenti, layihənin rəhbəri Elxan Süleymanov bildirib ki, indiyədək petisiyaya 327 min səs toplanıb. Onun sözlərinə görə, bu gündən petisiyanın qeydə alınması üçün minimal imza limitinin toplanması başa çatır, lakin Ağ Ev Administrasiyası müraciətə cavab verənədək petisiya imzalamaq üçün açıqdır: “İyulun 6-dək Obama Administrasiyası müraciətə cavab verməlidir. 26 yanvar 2016-cı ildə AŞPA-nın sessiyasında 2085 saylı qətnamənin qəbulu ilə çox böyük uğur qazandıq. Çünki indiyə qədər AŞPA-da Ermənistanı işğalçı dövlət kimi tanınmırdı. Bu qətnamə ilə Ermənistana işğalçı damğası vuruldu. Biz ümid bəsləyirik ki, Obama Administrasiyası Avropanın 45 ölkəsinin qəbul etdiyi 2085 saylı qətnaməyə münasibət bildirəcək və bunu dəstəkləyəcək”.

O qeyd edib ki, səsvermədə nəinki Azərbaycan vətəndaşları, o cümlədən Türkiyənin tanınmış insanları, siyasətçiləri də iştirak ediblər.

Tədbirdə bildirilib ki, layihə çərçivəsində 16 ali təhsil müəssisəsində və 2 orta məktəbdə professor-müəllim heyəti, tələbələrlə görüşlər keçirilib.