Ombudsman: Beynəlxalq Ədalət Məhkəməsinin qərarını regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətli hesab edirəm

Təhsil nazirinin müavininin iştirakı ilə yeni tədris ili ilə bağlı onlayn müşavirələr keçirilib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə

Məlum olduğu kimi, Azərbaycan Respublikası “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın Ermənistan tərəfindən pozulmasına görə Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanda azərbaycanlılara qarşı irqi nifrəti təşviq edən halların qadağan olunması vəsatəti ilə müraciət edib.

Təqdim edilmiş sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən hazırlanmış və müvafiq beynəlxalq təşkilatlara göndərilmiş hesabatlara da istinad olunub.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

“Məhkəmənin 2021-ci il oktyabrın 14-dən 19-dək keçirilmiş dinləmələrindən sonra qəbul etdiyi qərarında əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görmək tapşırığı öz əksini tapıb.

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlərə dair 2021-ci il 7 dekabr tarixli qərarını insan hüquq və azadlıqlarının pozulması hallarının qarşısının alınması, regionda sülhün təmin edilməsi baxımından əhəmiyyətli hesab edirəm.

İnanırıq ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının Ermənistan tərəfindən dərhal yerinə yetirilməsi üçün beynəlxalq hüquq çərçivəsində təsirli tədbirlər görüləcək”, – deyə ombudsmanın məlumatında qeyd olunur.

AZƏRTAC