Ötən ay 503 mina və 4922 partlamamış hərbi sursat zərərsizləşdirilib

Brüsseldə İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub
Prezidenti İlham Əliyev: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm “
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mart ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 236, tankəleyhinə 267 mina və 4922 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 5336,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC