Paytaxtda və bölgələrdə yağış yağacaq

İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər
Prezident şəhid ailələri və qazilərlə bağlı fərman imzalayıb
Bakıda “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi təşkil olunub

Azərbaycanda iyunun 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı proqnozlaşdırılır. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 19-22, gündüz 27-32 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi proqnozlaşdırılır. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23, bəzi yerlərdə 25-27 dərəcə isti olacağı bildirilir.

AZƏRTAC