Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın görüşü olub
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib

Azərbaycanda direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə 29 iyun saat 11:00-dan etibarən başlanılacaq.

Bu barədə “Report”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Namizədlər iyulun 6-sı saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar. Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Müsabiqənin nəticələri ilə hər bir namizəd “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

report.az