PRESS-RELİZ

Sual-cavab
Qarabağ abidələri: Həsrətin bitdiyi Xudafərin
“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” kitabı təqdim edildi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İşğalçının ifşası: Görünən kəndə bələdçilik cəhdi” layihəsinin icrasına başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə keçirdiyi qrant müsabiqəsi çərçivəsində gerçəkləşəcək layihənin məqsədi Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə baş vermiş cinayətlər barədə informasiyaları  dünyanın aparıcı elm ocaqlarının və konfliktoloqlarının diqqətinə çatdırmaqdir.

2 ay davam edəcək layihə çərçivəsində Bakı şəhərində yerli ekspertlərin iştirakı ilə Ermənistanın Azərbaycana silahlı təcavüzü, bu təcavüzün iqtisadi, kulturoloji və ekoloji fəsadlarının müzakirəsinə və Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair proqnozlara həsr ediləcək 3 Dəyirmi masa keçiriləcək. Bu diskussiylara internet körpü vasitəsilə xarici ekspertlərin qatılması nəzərdə tutulub. Mövzu üzrə məlumatlı tədqiqatçıların iştirakı ilə təşkil olunmuş bu dəyirmi masaların stenoqramı və arayış səciyyəli materiallar daxil etməklə  Azərbaycan və ingilis dillərində kitab nəşr ediləcək. Bu nəşrin xarici univeristet və kitabxanalara, elmi tədqiqat mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.