PRESS-RELİZ

HÖRMƏTLI KİV TƏMSİLÇİLƏRİ!
AVCİYA məktəb və valideyn əməkdaşlığının təkmilləşdirilməsi istiqamətində layihə icra edir
“Bayraq Günü”nə həsr edilən tədbir keçirilib

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına, sosial hüquqlarının təmin edilməsinə dair tədbirlərin keçirilməsi” layihəsinin icrasını yekunlaşdırmışdır.

Layihənin əsas məqsədi insan hüquqlarının ayrılmaz hissəsi olan məhkum hüquqlarının qorunması, cəza müddətinin bitməsinə az qalmış məhkumların cəmiyyətə sosial adaptasiyası və həmçinin cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qanunvericiliyin müəyyən etdiyi hüquqlardan yararlanmalarına və təkrar cinayət törətmələrinə mane olmaq olmuşdur. Üç ay davam edən layihə çərçivəsində Cəzaçəkmə müəssisələrində paylanmaq məqsədi ilə layihədə təqdim olunan xidmətlər və Koronavirusla (COVİD-19) mübarizədə məhkumların riayət etməli olduqları davranış qaydalarına dair marifləndirici posterlər hazırlanmış və Cəzaçəkmə müəssisələrinə göndərilmişdir.

Layihə çərçivəsində 60-dan yuxarı keçmiş məhkuma hüquqşünas və psixoloq tərəfindən məsləhətlər verilmiş, yardımlar göstərilmişdir.

Beləliklə son 5 ildəAzərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə beş yüzə yaxın cəza çəkən və keçmiş məhkuma hüquqi və psixoloji yardımlar göstərilmiş, onların cəmiyyətə adaptasiyası istiqamətində mühüm addımlar atılmışdır.

Mətbuat Xidməti