PRESS RELİZ

AVCİYA-nın monitorinqləri şimal bölgəsində də uğurla davam edir
“2085 saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib
«Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf»

3 iyul 2008-ci ildə Tbilisidə Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin (SMDŞ) təsis yığıncağı keçirilib. Bu yığıncaqda Azərbaycandan Siyasi Texnologiyalar Mərkəzi, “Free Person” İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Bolqarıstandan “Bolqarıstan Assosiasiyası”, Varna Bələdiyyəsi, Sloveniyadan “Gənc Skripturistlər Assosiasiyası”, Gürcüstandan “Tələbə Evi”, Moldovadan “Yeni Moldova Gənclər Forumu”, Çexiyadan “GFPS – Mərkəzi və Şərqi Avropada gənclər mübadiləsinə dəstək” təşkilatlarının nümayəndələri, eləcə də, fərdi şəkildə Polşadan, Finlandiyadan, Estoniyadan jurnalistlər iştirak edib. SMDŞ-nin təsisçiləri hesab edir ki, seçkilər ölkədə demokratiyanın səviyyəsinin əsas göstəricilərindən biridir və seçki müşahidəçiliyi seçkilər haqqında ictimai rəyin formalaşmasında mühüm vasitədir.

SMDŞ-nin əsas missiyası keçmiş sovet və inkişaf etməkdə olan ölkələrdə yerli, parlament və prezident seçkilərində müşahidəçiliyi həyata keçirməkdir.

SMDŞ-nin əsas məqsədi keçmiş sovet və inkişaf etməkdə olan ölkələrdə seçkilərin müşahidəsi üçün müşahidəçilər hazırlamaq, bu ölkələrdə seçki müşahidəçiliyini həyata keçirmək və bu sahədə müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdir.

SMDŞ-nin əsas fəaliyyət istiqamətləri seminarlar, treninqlər, konfranslar, qısa-müddətli müşahidəçilik, beynəlxalq əməkdaşlıqdır.

SMDŞ-nin mənzil qərargahı Bakıda yerləşir.

Tbilisi yığıncağında SMDŞ-nin koordinatoru kimi “Free Person” İnsan Hüquqlarını Müdafiə Cəmiyyətinin nümayəndəsi Səbuhi Qafarov seçilib.

Eyni zamanda həmin yığıncaqda SMDŞ-nin 2008-ci il üçün fəaliyyət proqramı hazırlanıb və qərara alınıb ki, 28 sentyabrda Belorusda, 12 oktyabrda Litvada, 15 oktyabrda Azərbaycanda, 28 noyabrda Rumıniyada keçiriləcək seçkiləri müşahidə etmək üçün maliyyə mənbələri axtarılsın. İlkin olaraq, 28 sentyabr 2008-ci ildə Belorusiyada parlament seçkilərində müşahidəçiliyi həyata keçirmək üçün Belorusun Mərkəzi Seçki Komissiyasına müraciət məktubu hazırlanıb və bu məktub yaxın günlərdə Belorusun Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin Mətbuat Xidməti

Ünvan: Bakıxanov küç. 42, mən. 74, Bakı, Azərbaycan, AZ1000

tel: +994557442644
fax: +994124403805
email: [email protected]