Prezident İlham Əliyev Sumqayıta səfər edib

Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib
AVCİYA məktəblilər və məktəb psixoloqları üçün təlimlərə başladı
Operativ Qərargah: Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak edib.

Prezidenti İlham Əliyev səfər zamanı Sumqayıt Məhkəmə Kompleksinin açılışında, Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlqoyma mərasimində də iştirak edib.

AZƏRTAC