“Prezident İlham Əliyevin dönməz iradəsi 28 illik ŞUŞA yaramızı sağaltdı” – Elxan Süleymanov

Leyla Abdullayeva : Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı ermənipərəst siyasətçilərin manipulyasiyaları kölgə sala bilməz
Vaksinasiya olunmaq istəyi ilə kifayət qədər müraciət daxil olub
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib

Xalqımız müasir tariximizin ən şərəfli günlərindən birini yaşayır — Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bir az əvvəl ölkəmizin dilbər güşəsi olan Şuşa şəhərinin düşmən işğalından azad edildiyini və yenidən öz VƏTƏNİNƏ qovuşduğunu bəyan etdi!

Bu gün yenidən Azərbaycan xalqının üzü gülməyə başladı, Azərbaycan xalqı yenidən özünü qürurlu gördü, Azərbaycan xalqı yenidən özünü güclü hiss etdi.

Azərbaycan xalqının tarixi-mədəni irsində Şuşanın xüsusi yeri var. Təməli hələ 1752-ci ildə qoyulmuş Şuşa şəhəri artıq 18-ci əsrin ikinci yarısında Azərbaycanın ən məhşur şəhərlərindən birinə, XIX əsrin sonu və XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı müxtəlif vaxtlarda “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. Şuşa milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyi kimi tarixə düşüb və Azərbaycan musiqi mədəniyyətinin inkişafında və dünyaya çatdırılmasında xüsusi yeri olan mənəvi qürur mənbəyimizdiur. Şuşa Üzeyir bəy Hacıbəylinin, Zülfüqar Hacıbəylinin, Soltan Hacıbəylinin, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun, Süleyman Ələsgərovun və adlarını qeyd etmədiyim yüzlərlə mədəniyyət və dramaturgiya korifeylərinin vətənidir. Xalqımızın musiqi sənətinin ən möhtəşəm və ən məhşur nümayəndələri bu torpaqda dünyaya göz açıblar. Şuşanın 8 may 1992-ci ildə işğal edildiyi gün bütün Azərbaycan хalqının mənəviyyatına ağır bir zərbə vuruldu, Şuşanın işğalı Azərbaycan xalqı üçün ağır bir dərd oldu. Şuşanın işğalı zamanı 200 nəfər şəhid oldu, 150 nəfər əlil oldu, 552 körpə yetim qaldı, yerli dincə əhali isə məcburi köçkünə çevrildi.

Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistan silahlı birləşmələri Azərbaycan xalqının milli mədəniyyət abidələrini də qəddarcasına ucurub dağıtdı və dünya xalqları mədəniyyətinin tərkib hissəsi olan Azərbaycan mədəni irsinə misli görünməmiş zərər vurdu. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarix və mədəniyyət abidələrinin dağıdıldı və qəsdən məhv edildi.


Belə ki, Şuşanın işğal edilməsi nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağıdılmış, viran edilmişdir. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan professional musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən cox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş boyuk müğənni Bülbülün (400-dək əşya), gorkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən cox əşya) xatirə müzeylərinin fondları qarət edildi.

Erməni təcavüzkarları Azərbaycan musiqisinin böyük xadimləri Üzeyir bəy Hacıbəylinin və Bülbülün, habelə şairə Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparmışdılar. Bu abidələr bütün mənəviyyat normalarının ziddinə olaraq vəhşicəsinə güllələnmiş və ağır texnika vasitəsilə zədələnmişdilər. Azərbaycan hakimiyyətinin qətiyyətli addımları nəticəsində həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində numayiş etdirilir. Şuşanın azad edilməsilə Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Xurşud Banu Natəvanın ermənilər tərəfindən vəhşicəsinə gülləbaran edilmiş heykəllərinin də yaraları sağalmış olacaq.

Qarabağın, bütövlüklə Azərbaycanın qüdrət rəmzi və Azərbaycan xalqının tarixi-məqəni irsinin incisi Şuşa uzun illərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində yenidən öz ANA VƏTƏNİNƏ qovuşdu. 28 il bir müddət ərzində qapıları Azərbaycan xalqının üzünə qapalı olan Şuşanın həsrət dolu baxışlarına son doyuldu. Şuşanın qapıları yenidən tarix boyu burada yaşayıb-yaradan, bu mədəniyyət incisini quran, qəhrəmanlıq, igidlik və qeyrət tarixini torpağa qanları ilə həkk etmiş Azərbaycan insanlarının üzünə açıldı.


Xatırlatmaq kifayətdir ki, Ümummilli Lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müxtəlif dövrlərdə, o cümlədən 27 sentyabr əks-hücum əməliyyatları başlanandan sonra dünyanın müxtəlif informasiya agentliklərinə, televiziya kanalların verdiyi müsahibələrində daim olaraq Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi önəm kəsb etdiyini vurğulamışdı. Cənab Ali Baş Komandan Qarabağın azadlığının Şuşanın azadlığından keçdiyini bildirmişdi.

Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Prezidenti İlham Əliyevə! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Qələbə bizimdir!

Elxan Süleymanov,

AVCİYA prezidenti

musavat.com