Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə daha 33 ailə yola salınıb

Türkiyədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
İlham Əliyev Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə Donald Trampa təşəkkür edib
Xocalının Xanabad kəndinə ilk köç olub

Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 33 ailədən ibarət növbəti köç karvanları yola salınıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Xanyurduya 4 (25 nəfər), Təzəbinəyə isə 3 ailə (15 nəfər) köçürülür.

Qeyd edək ki, bununla da ümumilikdə Badaraya 105 (404 nəfər), Xanabada 98 (438 nəfər), Xanyurduya 137 (505 nəfər), Təzəbinəyə isə 163 ailənin (737 nəfər), daimi qayıdışı təmin edilib.

Report