Qərb Ermənistana Rusiyadan daha çox təsir etmək istəyir

Azərbaycan müxalifətinin geniş koalisiyasının yaranması təklifi birmənalı qarşılanmır
Azərbaycan siyasətçilərinin ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısı ilə bağlı rəyləri
“Gürcüstandakı azərbaycanlıların həyatı prezident üçün prioritetdirsə, hamı üçün də belə olmalıdır”

“Avropa Ermənistanda demokratiya sahəsində mövcud olan problemləri görmür və bu, Ermənistanın Qərbin qurumları – Avropa və NATO qurumlarının diqqətli maraq predmetinə çevrilməsinə dəlalət edir, – MDB ölkələri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk hesab edir. – Rusiya üçün bu çox həyəcanlı əlamətdir. Belə ki, Rusiyanın Cənubi Qafqazda yeganə, əsl və hazırki vaxtda real müttəfiqinin onun təsir altından çıxarılması hazırlanır”.
AŞPA yanvarın sonunda keçirilən iclasda Monitorinq Komitəsi, Ermənistanın Assambleyanın ötənilki qətnamələrinin bir sıra müddəalarını yerinə yetirməməsinə baxmayaraq, erməni nümayəndə heyətini səs hüququndan məhrum etmək təklifini dəstəkləmədi. Müddəalar ötən il martın 1-2-də baş verən hadisələrin qərəssiz təhqiqatına toxunurdu. O zaman eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi və prezident seçkisinin yekunlarından narazı olan müxalifətin etiraz aksiyası mitinqçilərin hüquq-mühafizə orqanları nümayəndələri ilə toqquşmalarına gətirdi. Nəticədə 10 nəfər həlak oldu, 200-dən çox adam yaralandı.
Beynəlxalq monitorinq təşkilatlarının müşahidəçi və nümayəndələri mart hadisələrindən sonra Ermənistanda demokratiya sahəsində problemlərin olmasını dəfələrlə bəyan ediblər.
Human Rights Watch təşkilatının World Report-2009 məruzəsində deyilib ki, Ermənistan martın 1-də təhlükəsizlik orqanlarının 2008-ci ilin fevralında keçirilmiş prezident seçkisinin nəticələrinə etiraz edən müxalifətə qarşı hədsiz güc tətbiq etdyi dönəmdə ən ciddi siyasi böhranlarından birini yaşadı.
Rəsmi şəxslərin bəyanatlarına görə, Ermənistan AŞPA qətnamələrinin tələblərini yerinə yetirmək üçün əlindən gələni edib.
Avropa Şurasının Baş katibi Terri Devis fevralın 3-də Mediamaks İnformasiya Agentliyinə müsahibədə Ermənistanda siyasi məhbusların olması barədə suala cavab verməyib.
Müşahidəçilər hesab edirlər ki, Ermənistandan insan hüquqlarının pozulmasına “göz yuman” Aİ ölkəni AŞPA-da səs hüququndan məhrum etməyib və bu Qərbin İrəvanda xüsusi marağından xəbər verir.
Qərbdə demokratik normalar xırda pul qismində istifadə olunur və bu pulun məzənnəsi bu və ya digər ölkənin Avropa və ABŞ-ın maraqlarına nə qədər əməl etməsindən asılı olaraq dəyişir, – azərbaycanlı politoloq Tofiq Abbasov hesab edir.
“Hakim Moskva amilinin olduğu şəraitdə erməni diplomatiyasının amorfluğunu Qərbin nümayəndələrinin İrəvanın gec-tez ona tərəf meyl edəcəyi xəyalları qidalandırır”, – Lider Media-Holding analitik qrupunun eksperti Abbasov Trend News-a bildirib.
Onun rəyinə görə, Qərb, Dağlıq Qarabağ ətrafında başa çatmamış etno-ərazi münaqişəsi kimi öz maraqları üçün bu qədər faydalı olan amildən uzaqlaşa bilməz.
“Avropa qurumları üçün məsələn, elə Ermənistanın özündə iğtişaşlar zamanı 10 və ya 100 nəfərin həlak olması tamamilə vacib deyil”, – Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin prezidenti Trofimçuk Trend News-a bildirib.
Avropa digər ölçülərlə yanaşır – lazım olanda ciddi surətdə qanunla hərəkət edir, lazım olduqda özü üçün müstəsna hallarda buna göz yumur və ya başqa şəkildə hərəkət edir, – o hesab edir. Trofimçukun sözlərinə görə, bu ikili standart adlanır.
Bu çox təhlükəli simptomlardır və Ermənistan tərəfdaşı kimi Rusiyanı güclü surətdə narahat etməlidir, – ekspert hesab edir.
“Ermənistanın mövcud problemlərə görə obyektiv tənqid edilməsi Rusiya üçün daha faydalı olardı”, – Trofimçuk deyib.
AŞPA-nın mövqeyi ölkə daxilində də birmənalı reaksiya doğurmayıb.
AŞPA Ermənistana təzyiq imkanını saxlamaq üçün erməni nümayəndə heyətini səs hüququndan məhrum etməmək qərarına gəlib, – Mediamaks, politoloq Levon Məlik-Şahnazaryan İrəvanda mətbuat konfransında bildirdiyini xəbər verir.
“AŞPA Ermənistanı Avropa Şurasındakı proseslərdən uzaqlaşdırmaqla, oyunun şərtlərini ona diktə etmək imkanından məhrum edərdi. Bundan əlavə, Avropadan uzaqlaşmış Ermənistan qəti surətdə Rusiya ilə daha çox yaxınlaşmağa gedərdi”, – Məlik-Şahnazayran qeyd edib.
Politoloqun sözlərinə görə, bu, Ermənistan üçün daha yaxşı olardı. Belə ki, bu halda Avropa dövlətləri Ermənistanla ikitərəfli başlanğıca münasibət qurmağa can atardılar ki, bu da daha effektlidir.
“Milli dövlət və Avropa demokratiyası anlayışı bir araya gəlmir. Avropa qurumlarına daxil olmaqla, onların oyun qaydalarını qəbul etməliyik”, – Məlik-Şahnazaryan hesab edir./Trend/