“Qaçqınkom” sədri Ağdama köçmək istəyən məcburi köçkünlərə müraciət edib

Özbəkistan portalı Şuşanın işğalı barədə məqalə yayıb
AVCİYA-nın nəşr etdirdiyi, şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” kitabının təqdimetmə mərasimi keçirilib
Prezident şəhid ailələri və qazilərlə bağlı fərman imzalayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü olaraq Ağdam rayonuna köçmək istəyən məcburi köçkünlərə müraciət edib.

Komitə sədri “Report”a açıqlamasında könüllü olaraq Ağdama köçmək istəyən məcburi köçkünlərin həmin rayonda dövlət tərəfindən tikiləcək mənzillərdə yerləşdiriləcəyini deyib.

R.Rzayevin bu təklifinə Bakının Nərimanov rayonundakı yataqxanada məskunlaşan Ağdamdan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Ağamirzəyev Kəmaləddin Əbdülhüseyn oğlu yerindəcə münasibət bildirib və təklifi qəbul etdiyini söyləyib.

Komitə sədri həmin məcburi köçkünün ad-soyadını və əlaqə telefonunu qeyd edərək tezliklə onunla əlaqə saxlayacağını və onun Ağdam rayonunun işğal olunmamış ərazilərindən birində müasir standartlara uyğun şəkildə inşa olunacaq evlə təmin ediləcəyini bildirib.