Qırğızıstanın ilk külək elektrik stansiyası enerji istehsalına başlayıb

ABŞ-ın Nevada ştatında Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib
Qarabağ Universitetinin rektoru: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur
Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Qırğızıstanın İssık-Kul bölgəsində ilk külək elektrik stansiyası enerji istehsalına başlayıb.

AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaşıl Stansiyalar Assosiasiyasının rəhbəri Kundus Kurbaşeva öz sosial hesabında məlumat verib. Onun sözlərinə görə, layihəni yerli şirkət həyata keçirir və investisiya məbləği 100 milyon dollar təşkil edir.

Bildirilib ki, stansiya iki mərhələdə tikilir. 2030-cu ilə qədər külək enerjisinin qlobal gücü artacaq və enerji saxlama sistemləri ilə daha etibarlı olacaq.

AZƏRTAC